Modern.az

“Azad edilən ərazilərin hər yerinə baxış keçirib”

“Azad edilən ərazilərin hər yerinə baxış keçirib”

Aktual

2 Noyabr 2021, 18:56

“İşğaldan azad edilən ərazilərimizin hər yerinə bizim prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib”.

 

Modern.az xəbər verir ki, bunu “Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

 

“Texniki vasitələrlə, prokurorluq əməkdaşlarının birbaşa iştirakı ilə dağıdılmış evlər, tarixi abidələr, vurulmuş ekoloji cinayətlərə baxış keçirilib və sənədləşdirilib. Orada foto və videoçəkilişlər aparılıb. Bu, Azərbaycan tərəfinin Ermənistana və Ermənistanın hərbi siyasi rəhbərliyinə, konkret vəzifəli şəxslərinə qarşı irəli sürdüyü ittihamların əsasını təşkil edəcək. Hesab edirəm ki, həm də bunun başqa bir əhəmiyyəti – tarixi əhəmiyyəti var. Növbəti nəslin nümayəndəsi bütün bunlar haqqında bilməlidir və məlumatlı olmalıdır”, - deyə o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir