Modern.az

Qasparyanın işdən çıxarılması qanuni SAYILDI

Qasparyanın işdən çıxarılması qanuni SAYILDI

Aktual

2 Noyabr 2021, 21:53

Ermənistan Konstitusiya Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsinin qanuni olması barədə qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

 

Xatırladaq ki, 2021-ci il fevralın 25-də Qasparyan və bir neçə general Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Paşinyan bunu hərbi çevriliş cəhdi adlandıraraq Qasparyanı vəzifəsindən azad edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi