Modern.az

Vətən müharibəsinin xronikası - Düşmənin Xankəndidəkı sursat anbarları məhv edildi

Vətən müharibəsinin xronikası - Düşmənin Xankəndidəkı sursat anbarları məhv edildi

Aktual

3 Noyabr 2021, 07:43

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub.

 

- Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib. Bir gündə düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.

 

- Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub. Azərbaycan Ordusu düşmən üzərində tam üstünlüyə malikdir.

 

- Düşmənin daha bir PUA-sı məhv edilib.

 

- Düşmən Füzulini “Smerç” ilə atəşə tutub.

 

- Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb.

 

- Düşmənin snayper qrupu məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb.

 

Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutub.

 

- Düşmənin tank taborunun komandiri məhv edilib, bir neçə tankı partladılıb.

 

- Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilib.

 

- Xocavənd ətrafında gedən döyüşlərdə düşmən tankları darmadağın edilməsinin videogörüntüsü yayılıb.

 

- Düşmənin motoatıcı alayının komandiri məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilməsinin videogörüntüsü yayılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir