Modern.az

İstilik qiymətlərində artım gözlənilir? - RƏSMİ

İstilik qiymətlərində artım gözlənilir? - RƏSMİ

Aktual

3 Noyabr 2021, 09:30

İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev deyib.

 

Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.

 

Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.

 

Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi