Modern.az

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Aktual

3 Noyabr 2021, 09:50

Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində  cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilmişdir.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Belə ki, Gəncə şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar  edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

 

Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan edilib.

 

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov 2 noyabr 2021-ci ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi