Modern.az

Müalicə xərcləri ilə bağlı güzəştlər olacaq

Müalicə xərcləri ilə bağlı güzəştlər olacaq

Aktual

3 Noyabr 2021, 13:16

Ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir. 

 

Modern.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

 

Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları