Modern.az

Nazir müavini yıxılaraq xəstəxanalıq oldu

Nazir müavini yıxılaraq xəstəxanalıq oldu

Aktual

3 Noyabr 2021, 13:44

Bir müddətdir heç bir tədbirlərdə görünməyən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılovun başına iş gəlib.

 

Modern.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, yeni Gənclər və İdman naziri Fərid Qayıbovun təqdimatında və ondan sonrakı tədbirlərdə görünməyən İsmayıl İsmayılov yıxılaraq qabırğasını sındırıb. Bir müddətdir xəstəxanada müalicə olunan nazir müavininin müalicəsi davam edir.

 

Bu barədə açıqlama verən İsmayıl İsmayılov vəziyyətinin yaxşı olduğunu bildirib.

 

"Hazırda yaxşıyam. Bu dəqiqə mənəm-mənəm deyən istənilən güləşçi ilə güləşə bilərəm. Min şükür çox yaxşıyam."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!