Modern.az

Pakistanda avtobus qəzası - 23 ölü

Pakistanda avtobus qəzası - 23 ölü

Aktual

3 Noyabr 2021, 14:00

Pakistanın Azad Cammu Kəşmir bölgəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb.

 

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə Pallandri bölgəsində baş verib.

 

Otuzdan çox sərnişinin olduğu avtobus Azad Cammu Kəşmirdən Ravalpindi şəhərinə hərəkət edirmiş.

 

Ərazidə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

 

Qəzanın səbəbi məlum deyil.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları