Modern.az

Ermənistanın ekoloji terroru Qlazqo sammitində - VİDEO

Ermənistanın ekoloji terroru Qlazqo sammitində - VİDEO

Aktual

3 Noyabr 2021, 14:41

Şotlandiyanın Qlazqo şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti 26-cı sessiyasında Ermənistanın 30 il boyunca işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, meşə massivlərinə dəymiş ziyan beynəlxalq tədbir  iştirakçılarının diqqətinə çatdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Media Turk TV-yə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib.

 

Direktorun sözlərinə görə, 2050 - ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən prezident İlham Əliyevin tapşırığına uyğun olaraq minlərlə hektar ərazidə meşə massivlərinin salınması haqqında da məlumat verilib.

 

U. Tağıyeva deyib ki, sessiyaya qatılan  Azərbaycan nümayəndə heyəti həm müzakirələrdə yaxından iştirak edir, həm də ikitərəfli görüşlərdə iqlim dəyişmələri sahəsində Azərbaycanda görülən işlər, ekoloji tarazlığın təmin edilməsi istiqamətində icra olunan layihələr haqqında məlumat verib:

 

“Məlumat verdik ki, Azərbaycanda 2050 -ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faizə qədər azaldılması nəzərdə tutulur”.

 

Xatırladaq ki, Şotlandiyanın Qlazqo şəhərində İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti 26-cı sessiyası öz işini davam etdirir. 130  ölkədən dünya liderləri Paris sazişindən sonra beş illik dövrün nəticələrini müzakirə edirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi