Modern.az

Fəhlə “Kamaz”ın altında qaldı

Fəhlə “Kamaz”ın altında qaldı

Aktual

3 Noyabr 2021, 14:55

Noyabrın 2-si saat 2 radələrində Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1986-cı il təvəllüdlü  Seymur Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qaradağ rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə,  Seymur Abbasov işlədiyi daş karxanasında  hərəkətdə olan “Kamaz” markalı avtomobilin yük yerindən ehtiyatsızlıqdan yerə yıxılaraq  təkər altında qalması nəticəsində hadisə yerində ölüb.

 

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi