Modern.az

Üçüncü doza vaksin VURDURANLAR

Üçüncü doza vaksin VURDURANLAR

Aktual

3 Noyabr 2021, 15:08

Azərbaycanda son sutkada 45561 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6263 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 10418 nəfərdir.

 

Rəsmi məlumata görə, “Buster” doza vurduranlar 383036 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 9753825 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4973724 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4397065 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi