Modern.az

Hacıqabulda “patı” əməliyyatı - Saxlanılanlar var

Hacıqabulda “patı” əməliyyatı - Saxlanılanlar var

Aktual

3 Noyabr 2021, 16:26

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri - Ələm İbrahimov və əvvəllər məhkum olunmuş Elvin Zərbaliyev saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan “patı” və "şüşə" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

 

Faktlarla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi