Rusiyanın İrkutsk vilayətində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin hamısı (7 nəfər) həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-i yazıb.
Qəzaya səbəb kimi pis hava şəraiti göstərilir.
***
16:44
Rusiyada Yakutiya-İrkutsk reysini yerinə yetirən An-12 təyyarəsi radarlardan itib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Yakutiya-İrkutsk reysi ilə uçan təyyarənin İrkutsk vilayəti üzərində radarlardan itdiyi bildirilir.
Məlumata görə, Belarusun “Qrodno” aviakompaniyasına məxsus An-12 təyyarəsi yükdaşıma reysi yerinə yetirirdi.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, təyyarənin göyərtəsində səkkiz nəfər olub.
"Ria Novosti"nin son məlumatına görə, təyyarə İrkutsk yaxınlığında qəzaya uğrayıb. Ölən və itkin düşənlərin olduğu bildirilir.
Qeyd olunur ki, iki nəfər ölüb, 5 ekipaj üzvündən isə xəbər yoxdur.