Modern.az

Genişmiqyaslı ağacəkmə aksiyası

Genişmiqyaslı ağacəkmə aksiyası

Aktual

3 Noyabr 2021, 17:38

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş təşəbbüslərə Azərbaycan genişmiqyaslı ağacəkmə tədbirləri ilə dəstək verib.

 

Belə ki, bir gün ərzində ölkə ərazisində ümumilikdə 18 574 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1,5 hektar sahədə toxum səpilib.

 

Bunu Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

 

O qeyd edib ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində bu gün Nazirliyin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarının, IDEA İctimai Birliyi və ETSN könüllülərinin iştirakı ilə Ağstafa, Xaçmaz, Siyəzən, Gədəbəy, Tərtər, Şamaxı, İsmayıllı, Sabirabad, İmişli, Göygöl rayonlarında və Bakı şəhəri Xocasən gölü ətrafında ağac əkini aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?