Modern.az

“Quran”ı cırdığı üçün bədheybətə çevrildiyi deyilən qızla bağlı HƏQİQƏTLƏR

“Quran”ı cırdığı üçün bədheybətə çevrildiyi deyilən qızla bağlı HƏQİQƏTLƏR

Aktual

4 Noyabr 2021, 07:25

Niderlandda "Qurani-Kərim"i cırdıqdan sonra cəzalanadırıldığı və bədheybətə çevrildiyi deyilən qızla bağlı məlumatlar bir vaxtlar gündəm mövzusu olmuşdu. Əfsanəyə çevrilən bu hadisənin əslində gerçək olmadığı, uşaqları qorxutmaq üçün uydurulduğu məlum olub.

 

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə həmin qıza aid olduğu iddia edilən fotonun harada çəkildiyi üzə çıxıb. Belə ki, şəkil Niderlandda balmumu muzeylərinin birində lentə alınıb.

 

Məlumata görə, Niderlandda gənc qıza musiqi dinlədiyi zaman yüksək səslə "Quran" oxuyan anası tərəfindən xəbərdarlıq edilir. Ancaq qız musiqinin səsini azaltmaq yerinə əsəbiləşərək "Quran"ı cırır. Bu hadisədən sonra isə o, bədheybətə çevrilir. 

 

 

Həmin qıza aid olduğu iddia edilən foto Patrisiya Piccini tərəfindən 2003-cü ildə hazırlanan və Niderlandda muzeydə nümayiş etdirilən balmumu heykəlinə aiddir. Bununla da şəklin xəstəxanada çəkilməsi şayiələri də boşa çıxır.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?