Ötən gecə futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qruplarında görüşlər keçirilib. Pley-off mərhələsinə çıxan daha iki klubun adına aydınlıq gəlib. Qrup mərhələsinin başa çatmasına iki tur qalmış “Ayaks” və “Liverpul” növbəti mərhələyə vəsiqələri təmin edib.
Türkiyənin yeganə təmsilçisi, C qrupunda yer alan “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qrupun digər görüşündə “Ayaks” səfərdə “Borussiya Dortmund” komandasından üstün olub - 1:3.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
"Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika) - 4:1;
"Leyptsiq" (Almaniya) - “Paris Sen-Jermen” (Fransa) - 2:2.
Xal durumu: "Mançester Siti" - 9, “Paris Sen-Jermen” - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.
B qrupu
"Milan" (İtaliya) - "Portu" (Portuqaliya) - 1:1;
"Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:0.
Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.
C qrupu
"Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə) - 4:0;
"Borussiya Dortmund” (Almaniya) - "Ayaks" (Niderland) - 1:3.
Xal durumu: "Ayaks" - 12, "Borussiya Dortmund" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.
D qrupu
"Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1;
"Şerif" (Moldova) - "İnter" (İtaliya) - 1:3.
Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.