Modern.az

Yaxın günlərdə tarixi qələbəmizi qeyd edəcəyik 

Yaxın günlərdə tarixi qələbəmizi qeyd edəcəyik 

Aktual

4 Noyabr 2021, 10:30

"44 günlük müharibə göstərdi ki, gec-tez ədalət zəfər çalacaq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.

 

Prezident deyib: “Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”.

Prezident bildirib ki, bu münaqişə artıq həll olunub. Ölkə başçısı deyib ki, yaxın günlərdə tarixi qələbəmiz qeyd ediləcək.

 

“Hazırda biz azad edilmiş əraziləri bərpa edirik. Genişmiqyaslı dövlət proqramı artıq həyata keçirilməyə başlayıb”, - dövlət başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?