Modern.az

Azad olunmuş ərazilər yerlə-yeksan edilib - Prezident

Azad olunmuş ərazilər yerlə-yeksan edilib - Prezident

Aktual

4 Noyabr 2021, 10:40

Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.

 

Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.

"Hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir...

Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?