Modern.az

Boksçumuz erməni ilə qarşılaşacaq

Boksçumuz erməni ilə qarşılaşacaq

Aktual

4 Noyabr 2021, 12:00

Serbiyanın paytaxtı Belqradda kişi boksçuların dünya çempionatında bu gün yarımfinal döyüşləri keçiriləcək. 


 
Modern.az xəbər verir ki, bu mərhələyə yüksəlməklə artıq bürünc medalı təmin edən Azərbaycan millisinin üç üzvü də finala vəsiqə uğrunda mübarizə aparacaq.


 
Sərxan Əliyev (71 kq)  Yuri Zaxariyev(Ukrayna), Alfonso Dominges (86 kq) Ruis Kordoba (Kuba), Məhəmməd Abdullayev (+92) isə  Davit Çaloyanla (Ermənistan) üz-üzə gələcək.


 
Dünya çempionatına noyabrın 6-da yekun vurulacaq. 2 milyon 600 min ABŞ dolları mükafatı fondu olan mundialda çempion 100 min ABŞ dolları qazanacaq. İkinci yerin sahibi 50 min dollar, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!