Milli Məclisin deputatı Jalə Əhmədova ötən gün Estoniyanın R4 dövlət radiosunun rus dilli “Ocaq” verilişinin qonağı olub.
Modern.az xəbər verir ki, deputat verilişin baş redaktoru və aparıcısı Sənəm Əliyevaya ilə söhbət zamanı Azərbaycan-Estoniya dostluğu, iki ölkə arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə və qarşıdan gələn Zəfər Günü haqqında danışıb.
Həmçinin Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda səfərdə ikən bu verilişi dinləməsinin xoş bir təsadüf olduğunu vurğulayıb.