Modern.az

22 şəhidi döyüş meydanından çıxaran gizirin ildönümüdür - FOTOLAR

22 şəhidi döyüş meydanından çıxaran gizirin ildönümüdür - FOTOLAR

Aktual

4 Noyabr 2021, 14:15

Bu gün şəhid gizir Elqaş Barat oğlu Əliyevin şəhadətindən 1 il ötür.

 

Modern.az xəbər verir ki, şəhid E.Əliyev doğulduğu Lerik rayonun Bırkandul kəndəndə torpağa tapşırılıb. Şəhidin ildönümündə Lerik rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

Qeyd edək ki, müharibənin ilk günündən döyüşə qatılan gizir E.Əliyevin döyüş yolu Füzuli rayonudan başlayır. Böyük şücaət və qəhrəmanlıqlar göstərərək düşmənə sinə gərən şəhidimiz daha sonra Ağdam, Cəbrayıl və Laçın dəhlizi istiqamətində gedən şiddətli döyüşlərdə də iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Elqaş Əliyev 03 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. 

 

Şəhidin döyüş yoldaşlarının dediklərinə görə, Elqaş döyüşdə mərdliklə iştirak etmiş, heç nədən çəkinməmiş və böyük qəhrəmanlıqlar göstərmişdir. Dəfələrlə mühasirəyə düşən əsgər yoldaşlarını xilas etmişdir. Elqaş 22 şəhidimizin nəşini döyüş meydanından çıxarmış və 6 yaralı əsgərimizi təyin olunan məntəqəyə çatdırılmasına kömək etmişdir. Təkbaşına səngərdə 14 əsgərimizi pulemyotla xilas etmiş, düşmən mövqeyine 3 qumbaraatan ataraq onların postunu və kazarmasını külə döndərmişdir. Elqaşın göstərdiyi şücaətləri saymaqla bitməz. 

 

Prezident İlham Əliyevin Elqaş Barat oğlu Əliyev ölümündən sonra "Xocavəndin azad olumasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir.

 

Allah rəhmət eləsin. Vətən sağ olsun! 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?