18 oktyabr 2015-ci ildə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.
Bu barədə Ucar rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.
Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.