Modern.az

Azərbaycan 3+3 formatını dəstəkləyir - Prezidentin köməkçisi

Azərbaycan 3+3 formatını dəstəkləyir - Prezidentin köməkçisi

Aktual

4 Noyabr 2021, 14:52

"Azərbaycan 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair tərəfdaşları ilə diplomatik vasitələrlə müzakirələri davam etdirir".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı bildirib.

 

Onun sözlərinə görə, bu format regionda bundan sonrakı əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir:

 

“Hazırda bununla bağlı diplomatik kanallarla təmaslar yürüdülür. Bütövlükdə, Azərbaycan bu prosesi dəstəkləyir. Həmin format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi