Modern.az

Hacıqabul ictimaiyyətinin nümayəndələri Gəncədə - FOTO

Hacıqabul ictimaiyyətinin nümayəndələri Gəncədə - FOTO

Aktual

4 Noyabr 2021, 15:05

Gəncə şəhərində Ermənistanın raket zərbələri nəticəsində dağıdılmış ərazi Hacıqabul rayon ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olundu.

 

Modern.az xəbər verir ki, Hacıqabul rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş “Vətən Müharibəsinin birinci ildönümünün qeyd olunması” ilə bağlı tədbirlər planına uyğun olaraq, 03.11.2021-ci il tarixdə Hacıqabul rayonundan bir qrup ictimaiyyət nümayəndələri, rayon İcra Hakimiyyəti, idarə, təşkilat əməkdaşları, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları Gəncə şəhərində Ermənistanın raket zərbələri nəticəsində dağıdılmış ərazini ziyarət etmiş, hadisə zamanı həlak olmuş şəxslərin xatirə lövhəsi qarşısına gül dəstələri qoyublar.

 

Vətən Müharibəsi zamanı döyüş meydanında başı əzilən mənfur düşmən xislətinə uyğun olaraq yenə də “öz qisasını” dinc sakinlərdən almağa başladı. 4, 5, 8, 11, 17 oktyabr tarixlərində, gecə saatlarında yuxuda olan Gəncə üzərinə raket  zərbələri endirilmişdir. Hadisə nəticəsində 27 nəfər həlak olmuş, 40 –a yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Həlak olanların 6-sı azyaşlıdır. 2 uşaq isə hər iki valideynini itirib.

 

Düşmənin mənfur hərəkətinin məqsədi Azərbaycanda dinc əhali arasında vahimə, çaxnaşma yaratmaq və xalqımızı əsas hədəfdən – Qarabağı azad etmək kimi tarixi missiyadan yayındırmaq idi.

 

Lakin, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşən xalqımız öz şərəfli missiyasını sonacan yerinə yetirərək, düşməni  məqsədinə çatmağa imkan vermədi.

 

Allah şəhidlərimizə rəhmət eləsin !

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?