Modern.az

Könüllülər piyadaların yanında - FOTOLAR

Könüllülər piyadaların yanında - FOTOLAR

Aktual

4 Noyabr 2021, 16:26

Nəqliyyat könüllüləri Bakı Beynəlxalq Avtovağzalı tərəfdə təşkil edilən nizamlanan piyada keçidində piyadaları düyməli svetofordan istifadə qaydaları barədə məlumatlandırır.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, artıq 3 gündür ki, səhər, günorta və axşam pik saatlarda könüllülərimiz piyadaları yeni təşkil edilən piyada keçidindən düzgün istifadə etməyə və təhlükəsizlik qaydalarına riayət etməyə dəvət edirlər.

 

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakının əlçatanlığı, təhlükəsizliyi və mobilliyi istiqamətində işlər davamlı olaraq həyata keçirilir, könüllülərimiz paytaxt sakinlərinin məlumatlandırılması üçün fəaliyyətlərini davam etdirirlər.

 

Bir daha piyadaları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!