Modern.az

Yaşayış minimumu 210 manata qaldırıldı

Yaşayış minimumu 210 manata qaldırıldı

Aktual

4 Noyabr 2021, 18:42

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

 

Modern.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!