Modern.az

Boksçumuz dünya çempionatının finalında

Boksçumuz dünya çempionatının finalında

Aktual

4 Noyabr 2021, 18:48

Azərbaycan boksçusu Alfonso Dominqes Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

 

Modern.az-ın saytının məlumatına görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının qalibi yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib.

 

Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Alfonso sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

 

Bu gün baş tutacaq yarımfinallarda millimizin daha 2 üzvü rinqə çıxacaq.

 

Qeyd edək ki, AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymanini, ardınca rumıniyalı Pol Aradoaeni mübarizədən kənarlaşdıran Alfonso 1/4 finalda rusiyalı Şarabutdin Atayevə qalib gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi