Modern.az

Baş Prokurorluqdan AMEA-dakı əməliyyatla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan AMEA-dakı əməliyyatla bağlı AÇIQLAMA

Aktual

4 Noyabr 2021, 18:54

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilib.

 

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, digər xüsusatlar üzrə cinayət işi ayrıca icraata ayrılıb.

 

Rəsmi məlumata görə, hazırda istintaqı davam etdirilir:

 

"Bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı hazırda davam etdirilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları