Modern.az

Kürdəmirdəki qətlin TƏFƏRRÜATLARI

Kürdəmirdəki qətlin TƏFƏRRÜATLARI

Aktual

4 Noyabr 2021, 19:27

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin  mətbuat xidmətləri Kürdəmirdəki qətllə bağlı birgə məlumat yayıb.

 

Modern.az-a daxil olan birgə məlumata görə, prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır:

 

"Belə ki, 6 avqust 2021-ci ildə 1960-cı il təvəllüdlü Xanımqız Bədəlovanın Kürdəmir şəhəri, Soltan Şıxəliyev küçəsində yerləşən evində üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib".

 

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq hərəkətləri, o cümlədən əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmiş şəxslə uzaq qohumluq əlaqəsi olan Rəfael Cəfərov 5 avqust 2021-ci ildə Xanımqız Bədəlovanın evinə gələrək öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə sonuncunun yatmasını gözləyib:

 

"Xanımqız Bədəlovanın yatdığına əmin olduqdan sonra çəkiclə onun baş nahiyəsinə çoxlu sayda zərbələr endirərək, qəsdən öldürüb və zərərçəkmişin çantasında olan 115 manat məbləğində pulu götürərək özgə əmlakını gizli yolla talayıb.

 

Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rəfael Cəfərəov Kürdəmir rayonu ərazisində saxlanılaraq istintaq orqanına təhvil verilib.

 

Rəfael Cəfərov Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 177.2.5-ci (zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə birgə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?