Modern.az

Binəli Yıldırımdan YAŞAT-a 1000 manat ianə

Binəli Yıldırımdan YAŞAT-a 1000 manat ianə

Aktual

4 Noyabr 2021, 20:16

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.

 

Modern.az xəbər verir ki, B.Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib.

 

Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!