Modern.az

Boksçularımızdan 20-ci MEDAL

Boksçularımızdan 20-ci MEDAL

Aktual

4 Noyabr 2021, 20:31

Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb.

 

Modern.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançının Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.

 

“Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçuların həm də 20-ci mükafatıdır.

 

Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?