Modern.az

Boksçumuzdan bürünc medal

Boksçumuzdan bürünc medal

Aktual

4 Noyabr 2021, 23:33

Məhəmməd Abdullayev (+92 kq) Azərbaycan boks yığmasının tarixinə düşüb.

 

Modern.az xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.

 

Belə ki, “Baku Fight Lab”ın üzvünün əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc medal kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.

 

Qeyd edək ki, M.Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!