Modern.az

Övladını kanala atan ananın məhkəməsi başlayır

Övladını kanala atan ananın məhkəməsi başlayır

Aktual

5 Noyabr 2021, 08:54

Biləsuvarda 1 yaşlı övladını su kanalına ataraq öldürməkdə təqsirləndirilən Gülər İmanzadə nin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib

 

Qeyd edək ki, hadisə bu il rayonun İsmətli kəndində qeydə alınıb.

 

Belə ki, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.

 

G.İmanzadə tutularaq istintaqa təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları