Modern.az

UNEC-lə Ankara Universiteti arasında saziş 

UNEC-lə Ankara Universiteti arasında saziş 

Aktual

5 Noyabr 2021, 09:30

Türkiyənin Ankara Universitetinun rektoru professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

 

Modern.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə professor Necdet Ünüvara universitetin beynəlxalq əlaqələri, ikili diplom proqramları, beynəlxalq reytinqlərdəki mövqeyi barədə ətraflı məlumat verilib. UNEC müəllimlərinin elmi fəaliyyətinin stimullaşdırılması, Differensial Əməkhaqqı Sistemi, müəllimlərin pedaqoq və müəllim-tədqiqatçı kimi fərqləndirilməsi, elmi fəaliyyətin təşviqi istiqamətində tətbiq olunan digər yeniliklər rektor Necdet Ünüvar tərəfindən yüksək qiymətləndirilib. O, bu təcrübənin Ankara Universitetində də tətbiq olunacağını bildirib.

 

Görüş zamanı UNEC ilə Ankara Universiteti arasında əməkdaşlığa dair yeni saziş imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?