Modern.az

Hafiz Hacıyev evə buraxıldı - “Xəstəliyimə sevinənləri Allaha tapşırıram!”

Hafiz Hacıyev evə buraxıldı - “Xəstəliyimə sevinənləri Allaha tapşırıram!”

Aktual

5 Noyabr 2021, 11:05

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb.

 

Bu barədə Modern.az-a partiya sədri özü məlumat verib.

 

Hazırda ev şəraitində müalicəsini davam etdirən Hafiz Hacıyev özünü yaxşı hiss etdiyini deyib:

 

“Doğrudur, tam yaxşı deyiləm, müalicə davam edir, oksigenlə dəstək alıram”.

 

H. Hacıyev danışmaqda çətinlik çəksə də, onun koronavirusa yoluxmasına sevinənlərə cavab verməkdən geri qalmayıb:

 

“Danışa bilmirəm. Allaha tapşırıram hamısını. Kim nə edir, Allah qarşısında cavabdehdir. Bu dünyada olmasa da, o biri dünyada cəzasını alacaq”.

 

Sədr koronavirusla mübarizədə fədakarlıq göstərən həkimlərə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Mərkəzi Gömrük Hospitalında müalicə alırdı.

 

 Nigar ADİL

Sizə yeni x var
Keçid et
TƏCİLİ EFİR! Ümit Özdağın müşaviri canlıda - Bakıya səfərin detalları