Modern.az

“Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü”

“Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü”

Aktual

5 Noyabr 2021, 11:55

“Bir il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, 30 illik həsrətə son qoydu”.

 

Modern.az xəbər verir ki, Bu sözləri bu gün ADA universitetində keçirilən “44 Günlük Zəfər Yolu” tədbirində xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazir qeyd edib ki, Azərbaycan 30 il ərzində gözlənilmədən radikal separatizm, məcburi köçkün problemi ilə üzləşib:

 

“Həmin günlərə baxanda insan dəhşətə gəlir. Hər 7 vətəndaşdan biri qaçqın və məcburi köçkün adlandırılırdı. Azərbaycan bütün çətinliklərə təkbaşına dözdü, amma xarici təsirlərə baxmayaraq, birləşərək addım-addım inkişafa təkan verdi”.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!