Modern.az

Zəfər günü ilə bağlı şəhid ailələri və qazilərə mənzil veriləcək

Zəfər günü ilə bağlı şəhid ailələri və qazilərə mənzil veriləcək

Aktual

5 Noyabr 2021, 12:01

“Zəfər günü ilə bağlı şəhid ailələri və müharibə əlilərinə mənzil verilməsi gözlənilir”.


Modern.az
bildirir ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov məlumat verib.


“Bu proses 25 fevraldan başlayıb. Cənab prezident 25 yanvarda sərəncam imzalandıqdan sonra ilk kompleksin açılışını edib.  Sonra bu sərəncamın icrasına başlanılıb. 1850 mənzil artıq təqdim olunub. Hər həftə, hər gün demək olar ki, bu tədbirlərimiz davam edir. Çünki elektron sistem vaistəsilə də növbəyə dayanan şəxslərin sənədləri mütəmadi olaraq bizə daxil olur. Onları gözlətmədən mənzil təminatını həyata keçiririk. Zəfər bayramı ilə də bağlı bir tədbirimiz gözlənilir”.


Nigar Adil  

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?