Modern.az

XİN rəhbəri: “Məqsədimiz torpaqlarımızı azad etmək idi”

XİN rəhbəri: “Məqsədimiz torpaqlarımızı azad etmək idi”

Aktual

5 Noyabr 2021, 12:01

“Keçən il iki ölkənin ordusu qarşı-qarşıya gəldikdə görürük ki, Qarabağ müharibəsi müasir dünya müharibələri arasında ən azı itki verən qarşıdurma idi”.

 

Modern.az xəbər verir ki, bu sözləri bu gün ADA universitetində keçirilən “44 Günlük Zəfər Yolu” tədbirində xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazirin sözlərinə görə, bu müharibə göstərdi ki, biz mülki əhali ilə müharibə aparmırıq:

 

“Bu, Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsidir. Bizim məqsədimiz torpaqlarımızı bərpa etmək idi. 30 illik həsrət, 30 illik haqsızlıqdan sonra Azərbaycan tərəfinə müraciət olundu. Ermənistan tərəfi Azərbaycandan əlavə vaxt istəyirdi. Dövlət başçımız da mənasız düşmənçiliyə son qoymaq üçün icazə verdi. Biz bununla dünyaya humanizm göstərdik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?