Modern.az

Binəli Yıldırım İlham Əliyevə təsbeh bağışladı - YENİLƏNİB

Binəli Yıldırım İlham Əliyevə təsbeh bağışladı - YENİLƏNİB

Aktual

5 Noyabr 2021, 14:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumunun mühüm məsələləri müzakirə etmək baxımından çox vacib beynəlxalq tədbir olduğu bildirilib, bu Forumun yüksək səviyyədə təşkil olunduğu vurğulanıb.

Qeyd edilib ki, pandemiyaya baxmayaraq, Forumda çox sayda nüfuzlu qonağın iştirak etməsi bu tədbirə və Azərbaycana olan marağı göstərir. Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirilib.


Görüşdə Binəli Yıldırım İlham Əliyevə qiymətli həddiyələr bağışlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?