Modern.az

“Türkiyə bütün imkanlarını Azərbaycanla bölüşəcək” - Rektor

“Türkiyə bütün imkanlarını Azərbaycanla bölüşəcək” - Rektor

Aktual

5 Noyabr 2021, 12:57

“Müharibədə texnologiya vacibdir, amma savaşmaq üçün ürək lazımdır, ona görə də Azərbaycan Ordusunu təbrik edirəm”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin Altınbaş Universitetinin rektoru  Çağrı Erhan  bu gün ADA universitetində keçirilən " 44 Günlük Zəfər Yolu" tədbirində deyib

 

Rektor bildirib ki, Ermənistan üçün sadəcə bir seçim var:

 

“Ermənistan Azərbaycanla əlaqələri düzəltməlidir. Qarabağda yollar inşa ediləcək, minalar təmizlənəcək və Qarabağ Azərbaycanın bir hissəsi olaraq inkişaf edəcək. Türkiyədən həmişə soruşurdular ki, Azərbaycana necə yardım edəcəksiz? Cənab Ərdoğan bildirirdi ki, Azərbaycan necə dəstək istəsə, elə verəcəyik. Türkiyə Azərbaycana nə istərsə, verəcək. Azərbaycan tək deyil, onun Türkiyə kimi qardaşı var. Bu, həmişə də belə olacaq”.

 

 

Türkiyəli rektor deyib ki, Qarabağın dirçəlməsində Türkiyə bütün imkanlarını Azərbaycanla bölüşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?