Modern.az

Goranboy rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Goranboy rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Aktual

5 Noyabr 2021, 11:48

Goranboy rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilib.

 

Modern.az xəbər verir ki, Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər digər rəhbər şəxslərinin, xidmət təşkilatları rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli  bələdiyyələrin iştirakı ilə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında aparılan  vaksinasiya işləri,  kənd təsərrüfatı işlərinin gedişi, Qanunsuz tikililər, bələdiyyə torpaqlarından qanunsuz istifadələr, hərbi xidmətə çağırışla bağlı işin təşkili, ictimai işlər sahəsində dürüstlüyün təmin olunması və “8 noyabr-Zəfər günü” ilə bağlı rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planının icrasının təmin edilməsi ilə əlaqədar operativ müşavirə keçirib.

 

Müşavirədə, qeyd olunan məsələlər üzrə geniş və açıq müzakirələr aparılıb.

 

Müşavirə,  Covid-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin tələb və qaydalarına uyğun olaraq keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?