Modern.az

Naftalanda dezinfeksiya işləri davam etdirilir

Naftalanda dezinfeksiya işləri davam etdirilir

Aktual

5 Noyabr 2021, 14:25

Vətəndaşlarımızın koronavirusdan qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Naftalanda da genişmiqyaslı tədbirlər davam etdirilir. Səhər saatlarından etibarən şəhər ərazisində həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı şəhərin yaşayış binaları, küçə və yolları dezinfeksiya olunub.

 

Modern.az xəbər verir ki, görülən işlər turizm şəhəri olan Naftalanda sakinlərin və şəhərə gələr yerli və xarici turistlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütamadi davam etdirilir.

 

Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməliyik.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?