Azərbaycan hökuməti gələn ilin büdcə zərfində dəfn xərcləri üçün 45 milyon manat nəzərdə tutub.
Modern.az-ın məlumatına görə, bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Rəsmi statistikaya görə, Azərbaycanda il ərzində təxminən 75 min nəfərin ölümü qeydə alınır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkə üzrə ölənlərin ümumi sayı 75647 nəfər olub.