Modern.az

Dövlət onkoloji xəstələr üçün bu Mərkəzə 45,5 milyon manat ayıracaq

Dövlət onkoloji xəstələr üçün bu Mərkəzə 45,5 milyon manat ayıracaq

Aktual

5 Noyabr 2021, 17:20

2022-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün ayrılacaq 1788,6 milyon manat vəsaitin bir hissəsi onkoloji xəstələrə kömək üçün sərf olunacaq.


Modern.az
xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin layihəsi”ndə öz əksini tapıb.

Belə ki, bu məqsədlə dövlət büdcəsindən Milli Onkologiya Mərkəzinə 45,5 milyon manat vəsait nəzərdə tutulub.

Həmin vəsait onkoloji xəstəliyə düçar almış şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə sərf olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?