Modern.az

Orxan Səfərov Azərbaycana ilk qızıl medalı qazandırdı

Orxan Səfərov Azərbaycana ilk qızıl medalı qazandırdı

Aktual

5 Noyabr 2021, 19:04

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

 

Modern.az xəbər verir ki, Orxan Səfərov (-66 kq) Denis Vyeruya (Moldova) ipponla qalib gələrək qızıl medala sahib çıxıb. Bu onun “Böyük Dəbilqə” yarışlarında üçüncü qızıl medalıdır.

 

Həmçinin Rövşən Əliyev (-60 kq) Sumiyabazar Enktaivana (Monqolustan) qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, bu gün Azərbaycanın monqol əsilli cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) final görüşünə çıxacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?