Modern.az

Misir dini rəsmisindən Azərbaycana TƏBRİK

Misir dini rəsmisindən Azərbaycana TƏBRİK

Aktual

5 Noyabr 2021, 20:18

Misir parlamentinin Dini məsələlər və vəqflər komitəsinin sədri Prof. Dr. Əli Cümə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Modern.az xəbər verir ki, məktubda deyilir.

 

“8 Noyabr - Zəfər Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Qardaş Azərbaycan beynəlxalq səviyyədə tanınmış torpaqlarını bu Zəfərlə geri qaytarmışdır. Bu, ölkənin, hətta regionun inkişafına töhfə verəcək və dünyada sülhü təşviq edəcəkdir.

 

Allaha dua edirik ki, qardaş Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim əmin-amanlıq və tərəqqi içində yaşasın.

 

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?