Modern.az

Qlobal istiləşmə bu ölkələr üçün TƏHDİDDİR

Qlobal istiləşmə bu ölkələr üçün TƏHDİDDİR

Aktual

5 Noyabr 2021, 21:50

Qlobal istiləşmə bir çox ölkələr üçün ciddi təhlükələr yarada bilər. Buzların əriməsi və bununla əlaqədar olaraq dünya okeanının səviyyəsinin artması bir sıra ada dövlətlərinin yox olmasına səbəb ola bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın "Express" nəşri yazır.

 

 

Nəşr qeyd edir ki, əgər bəşəriyyət qlobal iqlim dəyişikliklərinin öhdəsindən gələ bilməsə, o zaman yaxın gələcəkdə Marşal adaları, Tuvalu, Kiribati, eləcə də bəzi digər ada dövlətləri Yer üzündən yox olacaq.

 

Qlobal ekoloji qeyri-hökumət təşkilatlarının birinin nümayəndəsi Peleniza Alofanın sözlərinə görə, okean səviyyəsi yüksəlməyə davam edir və bu təhlükə başqa bir təhlükəni - tropik qasırğaları yaradır.

 

Hesab edilir ki, qlobal istiləşmənin mənfi təsirlərini planetdə temperaturu 1,5-2 dərəcə selsi azaltmaqla məhdudlaşdırmaq olar. Bu məqsədlə 2015-ci ildə parnik qazlarının emissiyalarının azaldılması üzrə Paris Sazişi imzalanıb. 

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?