Yunanıstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayının epidemiya başlayandan bəri ən yüksək həddə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi yazıb.
Milli Xalq Sağlamlığı Agentliyinin (EODY) verdiyi açıqlamaya görə, son 24 saatda 6 min 909 şəxs bu virusa yoluxub, bununa da ümumi yoluxanların sayı 774 min 265-ə çatıb.
Son sutkada COVID-19 səbəbiylə 48 nəfər həyatını itirib, ölənərin sayı isə 16 200 nəfərə çatıb.
Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 450 nəfərdir, onların 84 faizi peyvənd olunmamış və ya natamam peyvənd olunmuş xəstələrdir.
Yoluxanların sayının sürətlə artması ilə əlaqədar hökumət yeni qaydalar tətbiq edib. Noyabrın 6-dan etibarən COVID-19 peyvəndi olmayan bütün işçilər həftədə iki dəfə öz testləri hesabına test verməli olacaqlar.
Bildirilib ki, peyvənd olunmayanlar üçün dövlət müəssisələrinə, banklara, bərbərlərə, əyləncə mərkəzlərinə, ticarət mərkəzlərinə və pərakəndə satış mağazalarına daxil olmaq üçün test tələbi olacaq.
11 milyona yaxın əhalisi olan Yunanıstanda peyvənd prosesini tamamlayan vətəndaşların sayı 6 milyon 400 minə yaxınlaşır. Ölkədə yaşı 18-dən yuxarı olanlar üçün üçüncü doza peyvənd edilməsi ehtimalı da var.
Akif İsmayılov