Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib.
Modern.az xəbər verir ki, WSF-nin vitse-prezidenti və İdarə Heyətinin üzvü olan həmyerlimizə İstanbulda 11-ci dünya şotokan çempionatından əvvəl təşkilatın yığıncağında yekdil səsvermənin qalibi kimi bu məsul vəzifə həvalə edilib.
O, həmçinin Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin və Avropa Karate Federasiyası (EKF) İdarə Heyətinin üzvüdür.