Modern.az

"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Hulusi Akar

Aktual

6 Noyabr 2021, 00:38

“Azərbaycan-Türkiyə qardaşlığının bütün region ölkələrinin sülh və əmin-amanlıq şəraitində yaşamasına imkan yaradacağına ümid edirik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Türkiyədəki Səfirliyinin 8 noyabr Zəfər günü ilə bağlı keçirdiyi tədbirdə deyib.

 

O, Azərbaycan ordusunun əldə etdiyi böyük zəfərə görə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

 

Akar bildirib ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək: “Bundan heç kimin şübhəsi olmasın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?